28 oktyabr 2024. Bazar ertəsi

Monako'da yeni qapıçı


  • Transfer
  • 14:06 23.07.2022
  • Oxunma sayı: 98
Monako'da yeni qapıçı
Fransanın "Monako” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, knyaz təmsilçisi Belçikanın “Serkl Brügge” klubunun qapıçısı Tomas Didilyonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Fransalı qolkiper 2020-ci ildən “Serkl Brügge”də forma geyinirdi. O, daha öncə “Mets”, “Seren”, “Anderlext” və “Genk” komandalarının da uğurları üçün çalışıb.
 
“Monako” öz qapıçısı Radoslav Mayeçkini də “Serkl Brügge”yə icarəyə verib. 22 yaşlı qolkiper də mövsümün sonunadək Belçikanın uğurları üçün çalışacaq. Varşava “Legiya”asının yetirməsi olan polşalı oyunçu , 2020-ci ildən knyazlıq təmsilçisində çıxış edir. “Legiya” və “Monako” ilə yanaşı, “Stal”da da forma geyinmiş qapıçı, Polşa millisində 1 oyuna çıxıb.
 
Monakolular Mayeçki ilə yanaşı, 21 yaşlı sol cinah müdafiəçisi Luis Torrreslə 23 yaşlı mərkəz müdafiəçisi Lukas Laradeni də “Serkl Brügge”yə icarəyə verib. Sözgedən futbolçular da mövsümün sonunadək Belçika klubunda çıxış edəcəklər.






Transfer