28 oktyabr 2024. Bazar ertəsi

Verona'dan 3 yeni transfer


  • Transfer
  • 14:29 23.07.2022
  • Oxunma sayı: 91
Verona'dan 3 yeni transfer

İtaliyanın “Verona”  klubu heyətini yeni futbolçularla gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi  “Venesiya”nın hücumçusu Tomas Henrini heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 2021-ci ildən “Venesiya”da çıxış edən fransalı oyunçuna qədər yalnız ölkəsində oynayıb.

İtaliya klubu hücumameylli yarımmüdafiəçi Alessandro Kortinovis və müdafiəçi Coş Doyqu da transfer edib. Şotlandiyanın “Hibernian” klubundan gələn 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Hibernian”ın öz yetirməsi olan Doyqu, bu klubun əsas komandasında 78 oyuna 1 qol vurub. O, Şotlandiyanın U-21 yığmasının da üzvüdür.


Kortinovis isə “Atalanta”dan mövsümün sonuna kimi icarəyə götürülüb. 21 yaşlı futbolçu ötən mövsümdə də “Recina”da icarəyə oynayıb. O, İtaliyanın U-21 yığmasının da üzvüdür.








Transfer