28 oktyabr 2024. Bazar ertəsi

Türkiyə millisinin üzvü Bundesliqada klubunu dəyişdi


  • Transfer
  • 16:30 23.07.2022
  • Oxunma sayı: 103
Türkiyə millisinin üzvü Bundesliqada klubunu dəyişdi
Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Ozan Kabak Almaniyanın “Şalke” klubundan ayrılıb. Corner.az xəbər verir ki, “Hoffenhaym” 22 yaşlı müdafiəçini heyətinə qatıb.
 
Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 4 illik müqavilə imzalayıblar. “Hoffenhaym”ın bu transfer üçün “Şalke”yə 5 milyon avro ödəyib. Bonuslarla bu məbləğ 7 milyon avroya çata bilər. Türkiyəli futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.
 
Ozan Kabak “Qalatasaray”ın yetirməsidir. 22 yaşlı futbolçu 2019-cu ildən Almaniyaya üz tutub. O, həmin il əvvəlcə “Ştutqart”da forma geyinib, daha sonra isə “Şalke”yə transfer olunub. Gelzenkirxen təmsilçisində 42 matça çıxan futbolçu, 6 qolla yadda qalıb. Ozan 2021-ci ildə İngiltərənin “Liverpul” klubunda icarədə oynayıbsa, geridə qalan mövsümdə də “Norviç Siti”də çıxış edib. Kabak Türkiyə millisində də 17 oyuna çıxıb.
 
Bundesliqa təmsilçisi öz müdafiəçisi Kasim Adams Nuhunu isə İsveçrənin “Bazel” klubuna icarəyə verib. Mərkəz müdafiəçisi mövsümün sonuna kimi “Bazel”in uğurları üçün çalışacaq. O, 2018-ci ildən formasını geyindiyi “Hoffenhaym”da 37 oyuna çıxıb. Qana yığmasının da üzvü olan futbolçu, daha öncə Düsseldorf “Fortuna”sında icarədə oynayıb. 27 yaşlı oyunçu “Yanq Boyz”, “Malyorka”, “Leqanes”, “Medeama” klublarında da çıxış edib, Qana yığmasında 8 oyuna 1 qol vurub.
 
“Hoffenhaym” hücumçusu Sarkis Adamyanı da “Köln” klubuna satıb. Erməni futbolçunun transferi üçün yeni klubu1.5 milyon avrosundan keçib. O, “Köln”lə 4 illik müqaviləyə imza atıb. Hücumçu “Hoffenhaym”da meydana çıxdığı 53 oyunda 11 qolla yadda qalıb.






Transfer