28 oktyabr 2024. Bazar ertəsi

Ayaks onu Fransa klubuna satdı


  • Transfer
  • 17:48 23.07.2022
  • Oxunma sayı: 97
Ayaks onu Fransa klubuna satdı
Fransanın Lion “Olimpik” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Olimpik təmsilçisi “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu transfer edib.
 
Bu barədə  klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
Lion “Olimpik”i  argentinalı futbolçunun transferinə görə Niderland klubuna 4.2 milyon avro ödəyib. “Ayaks” onu 2018-ci ilin yanvarında Argentinanın “İndependiente” klubundan 4 milyon avroya transfer etmişdi.
 
Nikolas Talyafiko peşəkar karyerasına Argentinanın “Banfild” klubunda başlayıb. O, 2012/13 mövsümündə İspaniyanın “Real Mursiya” klubunda icarədə oynayıb. 2015-2018-ci illər aralığında isə müdafiəçi “İndependiente”nin uğurları üçün çalışıb. “Ayaks”da keçirdiyi 5 mövsüm ərzində 169 matça çıxan müdafiəçi, 16 qol da vurub. 29 yaşlı futbolçu Argentina milli komandasında da 40 matça çıxıb.






Transfer