28 oktyabr 2024. Bazar ertəsi

Türkiyə çempionu onu Ərəbistana göndərdi


  • Transfer
  • 17:52 23.07.2022
  • Oxunma sayı: 79
Türkiyə çempionu onu Ərəbistana göndərdi
Türkiyənin “Trabzonspor” klubu yarımmüdafiəçisi Flavio Medeyrosu Səudiyyə Ərəbistanın “Əl-Taavun” klubuna icarəyə verib. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı yarımmüdafiəçinin 1 illik icarəsi üçün Səudiyyə Ərəbistanı klubu Trabzon təmsilçisinə 200 min dollar ödəyəcək. Müqavilədə satınalma şərti də var. “Əl-Taavun” Flavionu birdəfəlik transfer etmək üçün isə 2 milyon dollarından keçməli olacaq.
 
Flavio Medeyros 2020-ci ilin yayında “Bahia”dan 1.2 milyon avroya “Trabzonspor”a transfer olunmuşdu. Lakin o, bu klubda əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də futbolçu geridə qalan mövsümdə “Girəsunspor”a icarəyə verilmişdi. Braziliyalı futbolçu bu komandada 35 oyuna çıxıb. Flavio karyerası ərzində “Vitoriya”, “Ferroviariya”, “Boavişta” və “Santo Andre” komandalarında da oynayıb.
 
“Trabzonspor” qapıçısı Erce Kardeşleri də “Hatayspor”a satıb. Hatay təmsilçisi bu keçidə görə Türkiyə çempionuna 400 min avro ödəyəcək. 28 yaşlı futbolçu 2019-cu ildən Trabzon təmsilçisində çıxış edirdi. O, “Trabzonspor”dan öncə “Altınordu”da da forma geyinib. Qolkiper yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
 






Transfer