21 dekabr 2025. Bazar günü

Neymar PSJ-lə bağlı qərarını verdi


  • Transfer
  • 19:48 23.07.2022
  • Oxunma sayı: 177
Neymar PSJ-lə bağlı qərarını verdi

Fransanın PSJ klubunun futbolçusu Neymar komandadakı gələcəyi ilə bağlı qərarını açıqlayıb

Corner.az-ın məlumatına görə, 30 yaşlı braziliyalı hücumçu AFP-yə müsahibəsində Paris təmsilçisində qalmaq istədiyini bildirib.

 "Burada qalmaq istəyirəm. İndiyə qədər klubdan heç kim mənə heç nə deməyib və onların mənimlə bağlı planlarının nə olduğunu bilmirəm. Heç kimə özümü sübut etməyə ehtiyacım yoxdur. Sadəcə futbol oynamağa davam etmək istəyirəm".

Paris klubunun yeni baş məşqçisi Kristof Qaltyer isə braziliyalı oyunçu üçün: "Biz Neymarla heç vaxt bu barədə danışmamışıq, amma gördüyüm qədər, onun haqqında danışmaq Neymara təsir etmir." deyə bildirib.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında keçib. Ulduz futbolçu ötən mövsüm 26 görüşdə 13 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.







Transfer