Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Adana təmsilçisi Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitskini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusunda olan 33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Rakitski 2019-cu ildən Rusiyanın “Zenit” klubunun çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisi daha öncə uzun illər yetirməsi olduğu Donetsk “Şaxtyor”unda forma geyinib. Ukrayna yığmasında 54 oyun keçirmiş futbolçu, 5 qol vurub.