29 noyabr 2024. Cümə

La Liqa klubundan 7 milyon avroluq transfer


  • Transfer
  • 23:54 23.07.2022
  • Oxunma sayı: 79
La Liqa klubundan 7 milyon avroluq transfer
İspaniyanın “Almeriya” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, yeni mövsümdən La Liqada mübarizə aparacaq klub müdafiəçi Kaikini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyanın “Santos” klubundan transfer olunmuş 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. İspaniya klubu braziliyalı futbolçunun transferi üçün “Santos”a 7 milyon avro ödəyib.
 
Kaiki “Santos”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 53 oyun keçirib, 2 qol vurub.
 
“Almeriya” yarımmüdafiəçisi Xavi Roblesi də icarəyə verib. 21 yaşlı futbolçu qarşıdakı mövsümü “Fuenlabrada”nın uğurları üçün çalışacaq. Klubun öz yetirməsi olan Xavi, əsas komandada 2021-ci ildə debüt edib və 13 oyuna çıxıb.
 
La Liqa təmsilçisi müdafiəçi Conatan Silva, yarımmüdafiəçi Daniel Karriso və hücumçu Xuan Vilyarla isə yollarını ayırıb. Onlarla yeni müqavilə bağlanmasına ehtiyac duyulmadığı diqqətə çatdırılıb 
 
Xuan Vilyar 2020-ci ildən formasını geyindiyi “Almeriya”da 46 oyun keçirib. 34 yaşlı ispan futbolçu daha öncə “Rekreativo”, “San Roke”, “Kadis”, “Valyadolid”, “Tenerife”, “Osasuna” və “Rayo Valyekano”da da çıxış edib.
 
Conatan Silva 2019-cu ildən “Almeriya”da idi. Amma o, son iki mövsümdə “Las Palmas” və “Botafoqo”da icarədə oynayıb. Braziliyadan olan 24 yaşlı futbolçunun bundan sonra “Botafoqo”da çıxış edəcəyi gözlənilir.
 
Portuqaliyalı Daniel Karriso isə 2021-ci ilin yayından bu komandada çıxış edirdi. 33 yaşlı futbolçu 6 oyuna çıxıb və zədə səbəbindən mövsümün böyük hissəsini buraxmalı olub. Portuqaliya millisinin sabiq üzvü daha öncə “Sportinq”, “Olhanense”, AEL (Limassol), “Ridinq”, “Sevilya və “Vuhan Zall” klublarında da forma geyinib.






Transfer