İspaniyanın “Qranada” klubu heyətini iki yeni qapıçı ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi portuqaliyalı Andre Ferreyra və ispaniyalı Raul Fernandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözügedən qolkiperlərlə 2 illik müqavilə imzalanıb.
Andre Ferreyra Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan gəlib. O, daha öncə “Benfika”, “Leyksoeş”, “Aves” və “Santa Klara”da da oynayıb. 26 yaşlı oyunçu Portuqaliyanın U-18 yığmasında da çıxış edib.
Raul Fernandesin son klubu isə “Las Palmas” olub. 34 yaşlı qolkiper 2009/10 mövsümündə də “Qranada”da oynayıb. O, daha öncə “Levante”, “Mirandes”, “Valyadolid”, “Rasinq Santander”, “Numansiya”, “Atletik”, “Baskoniya” və “Konkense” kimi klubların da uğurları üçün çalışıb.