- Transfer
- 23:54 22.11.2024
Adı "Roma" ilə hallanan Antonio Conte paytaxt klubunun sükanı arxasına keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Corner.az xəbər verir ki, Conte, İtaliya mətbuatına açıqlamasında, sözügedən iddialarla bağlı açıqlama verib: “Avropada təcrübə qazanmaq mənim üçün yaxşı oldu. Qayıtmağa hazıram. “Roma”? Xeyr. Hələ ki, bu barədə düşünmürəm. Bəlkə də nə vaxtsa, ancaq hazırda bu barədə fikrim yoxdur”.
Qeyd edək ki, italiyalı mütəxəssisin yenidən “Juventus”un sükanı arxasına keçəcəyi iddia edilir.