5 iyul 2026. Bazar günü

Mertens Napoli'dən ayrıldı


  • Transfer
  • 16:27 24.07.2022
  • Oxunma sayı: 135
Mertens Napoli'dən ayrıldı

İtaliyanın "Napoli” klubu hücumçusu Dris Mertenslə yolların ayrıldığını açıqlayıb.

Corner.az xəbər verir ki,  Neapol təmsilçisi müqaviləsi başa çatan 35 yaşlı futbolçu ilə yeni müqavilə imzalamağa ehtiyac duymayıb.

Belçikalı futbolçu ilə “Roma” və “Marsel”in yaxından maraqlandığı bildirilir.

Mertens 2013-cü ildən “Napoli”də çıxış edirdi. O, ümumilikdə komandanın heyətində 295 oyuna çıxıb, 113 qolla yadda qalıb. Mertens “Napoli” ilə iki dəfə İtaliya kubokunu, bir dəfə isə ölkə superkubokunu qazanıb.







Transfer