- Transfer
- 21:53 26.11.2024
"Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqun gələcəyi haqda danışıb.
Corner.az xəbər verir ki, klub rəhbəri, 25 yaşlı futbolçu üçün bir neçə təklif aldıqlarını və qəbul etmədiklərini bildirib:
“Frenki bizim oyunçumuzdur, biz onu çox sevirik. “Barselona” de Yonq üçün bir neçə təklif alsa da, hələ ki, təklifləri qəbul etməyib. Biz Frenki ilə danışmaq və onun nə istədiyini bilmək istəyirik. Ondan sonra gələn təklifləri nəzərdən keçirəcəyik”.
Niderlandlı oyunçunun müqaviləsi 30 iyun 2026-cı ildə yekunlaşır. O, ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.