- Transfer
- 21:53 26.11.2024
"Sevilya”nın müdafiəçisi Jul Kunde “Çelsi”yə keçməyə yaxındır.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klublar 23 yaşlı futbolçunu 50 milyon avro və bonuslar qarşılığında transfer etməyə razılaşıblar.
Fransalı futbolçu ilə "Barselona" və "Mançester Siti" də yaxından maraqlanırdı.
Kunde 2019-cu ildə 25 milyon avro qarşılığında "Bordo"dan transfer edilmişdi. O, ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlərdə 44 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.