29 noyabr 2024. Cümə

Tək problemim ailəmin uzaqda olmasıdır


  • Transfer
  • 10:33 25.07.2022
  • Oxunma sayı: 88
Tək problemim ailəmin uzaqda olmasıdır

"Neftçi"nin idman direktoru Zaur Əzizovla 2 ay əvvəl danışmağa başladıq. Ona hədəflərimi anlatdım. Klub prezidenti Kamran Quliyev də bizi dinləyib, bura gəlməyimə vəsilə oldu. Qardaş ölkədən gəldiyim üçün hər ikisinin qardaşlığını hiss etdim".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi" Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül deyib.

35 yaşlı mütəxəssis "Neftçi TV"yə müsahibəsində Bakıdakı həyatına da toxunub: "Burada özümü yad hiss etmirəm. Çünki qardaş ölkədəyəm. Tək problemim ailəmin uzaqda olmasıdır. Ancaq onlar da bir ay içərisində bura yanıma gələcəklər".

Daha sonra Cemal Bülbül "Neftçi"dəki hədəflərini açıqlayıb: "Neftçi"nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi. Yazılmışdı ki, bizdə əsas məqsəd oyun yox, oyunçu qazanmaqdır. Bu cümlə mənə təsir etdi. Ona görə də ilk hədəfimiz futbolçuların "Neftçi"yə olan bağını möhkəmlətməkdir.

Futbol həyatında 10-12 yaş aralığı önəmlidir. Bu yaşda nə futbol öyrəndinsə, o sənin gələcəyini də təmin edir. 17-19 yaş aralığında bunu öyrənmək çox çətin olur".

Qeyd edək ki, "Neftçi" Cemal Bülbüllə 2 illik müqavilə bağlayıb. O, "Neftçi"yə gələnədək "Göztəpə" klubunun Matç və Performans Təhlili və Skautluq Departamentində çalışıb.







Transfer