28 noyabr 2024. Cümə axşamı

Sürix'in aparıcı futbolçusu Qarabağ'la oyunu buraxa bilər


  • Transfer
  • 13:31 25.07.2022
  • Oxunma sayı: 144
Sürix'in aparıcı futbolçusu Qarabağ'la oyunu buraxa bilər

"Sürix"in futbolçusu Blerim Cemayli İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Franko Foda bildirib.

56 yaşlı mütəxəssis 36 yaşlı futbolçunun İsveçrə çempionatının II tur oyununda "Lütsern"lə qolsuz heç-heçə etdikləri matçdan sonra əzələsində problem aşkarlandığını söyləyib.

Foda təcrübəli yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağını deyib.

Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib







Transfer