28 oktyabr 2024. Bazar ertəsi

Neftçi yeni sponsorluq müqaviləsi imzaladı


  • Transfer
  • 15:10 25.07.2022
  • Oxunma sayı: 86
Neftçi yeni sponsorluq müqaviləsi imzaladı

"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsi bağlanıb.

Corner.az-ın məlumatına görə, imzalama mərasimində "Neftçi"nin prezirenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Liv Bona Dea Hospital"ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.

"Bakcell Arena" stadionunun konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən, "Liv Bona Dea Hospital" "ağ-qaralar"ın sağlamlıq sponsoru olacaq. "Neftçi", "Neftçi-2" və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman perepatları ehtiyaclarının qarşılanmasına dəstək verəcək.







Transfer