28 oktyabr 2024. Bazar ertəsi

Yuventus'dan onun üçün 15 milyon avro


  • Transfer
  • 21:29 25.07.2022
  • Oxunma sayı: 89
Yuventus'dan onun üçün 15 milyon avro

İtaliyanın "Yuventus” klubu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməkdə israrlıdır.

Corner.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu üçün 15 milyon avro, həmçinin bonuslar təklif edib. Lakin Paris klubu argentinalı futbolçu üçün 20 milyon avro istəyir.

Leandronun PSJ ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimidir.

Paredes ötən mövsüm 22 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer