4 aprel 2026. Şənbə

Beşiktaş'ın futbolçusu rəsmən Şotlandiya klubunda


  • Transfer
  • 21:59 25.07.2022
  • Oxunma sayı: 113
Beşiktaş'ın futbolçusu rəsmən Şotlandiya klubunda

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Rıdvan Yılmazın Şotlandiyanın "Reyncers" klubuna keçidi rəsmiləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubuna bonuslarla birlikdə 6,5 milyon avro ödəyəcək. 

"Reyncers" isə Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalayıb.

Bildirək ki, gənc futbolçu "qara qartal"ların yetirməsidir.







Transfer