28 oktyabr 2024. Bazar ertəsi

Adı Sabah'la hallanan futbolçu Braziliya klubuna keçir


  • Transfer
  • 23:00 25.07.2022
  • Oxunma sayı: 89
Adı Sabah'la hallanan futbolçu Braziliya klubuna keçir

Azərbaycanın “Sabah” klubu ilə adı hallanan hücumçu Vaqner Lav karyerasını ölkəsində davam etdirə bilər.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin imzalanmasının həftə sonuna qədər elan ediləcəyi gözlənilir. Braziliyalı futbolçunun ölkəsində hansı kluba keçəcəyi açıqlanmayıb.

İyulun 1-də 38 yaşlı futbolçunun Danimarkanın “Midtulland” klubu ilə müqaviləsi başa çatıb və o, hazırda azad agent statusu daşıyır.

Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” kimi klublarında çıxış edib.







Transfer