28 oktyabr 2024. Bazar ertəsi

Dieqo Koşta İspaniyaya qayıdır


  • Transfer
  • 10:41 26.07.2022
  • Oxunma sayı: 101
Dieqo Koşta İspaniyaya qayıdır

33 yaşlı Dieqo Koşta vaxtilə çıxış etdiyi “Rayo Valyekano” ilə danışıqlar aparır.

Corner.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliya əsilli ispan futbolçuya bonuslar istisna olmaqla, illik 1 milyon avro maaşla, bir illik müqavilə təklif olunub.

Koşta hazırda azad agent statusu daşıyır.

Koştanın son klubu Braziliya “Atletiko Mineyro”su olub. O, bu komandanın heyətində 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer