28 oktyabr 2024. Bazar ertəsi

Adı Sabah'la hallanan futbolçunun yeni klubu bilindi


  • Transfer
  • 10:45 26.07.2022
  • Oxunma sayı: 101
Adı Sabah'la hallanan futbolçunun yeni klubu bilindi

Azərbaycanın “Sabah” klubu ilə adı hallanan hücumçu Vaqner Lavın yeni klubu müəyyənləşib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Braziliya C Seriyasında çıxış edən "Paysandu" ilə anlaşıb.

Braziliyalı oyunçu ilə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Vaqner Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarının da formasını geyinib.







Transfer