28 oktyabr 2024. Bazar ertəsi

Qarabağ'ın rəqibi hücumçusunu 10 milyona satır


  • Transfer
  • 11:20 26.07.2022
  • Oxunma sayı: 97
Qarabağ'ın rəqibi hücumçusunu 10 milyona satır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i futbolçusu Vilfred Qnonto ilə yollarını ayırmaq niyyətindədir.

Corner.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, İsveçrə təmsilçisi 18 yaşlı hücumçunun transfer qiymətini 15 milyon avrodan 10 milyon avroya endirib.

Ölkə çempionu bu keçiddən qazanc götürməklə maliyyə durumunu yaxşılaşdırmağı planlaşdırır. Almaniyanın "Hoffenhaym" və Niderlandın "Feyenoord" klubu İtaliya millisinin üzvü ilə yaxından maraqlanır.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.







Transfer