28 oktyabr 2024. Bazar ertəsi

Tilemans Lester'dən ayrılır?


  • Transfer
  • 12:19 26.07.2022
  • Oxunma sayı: 91
Tilemans Lester'dən ayrılır?

“Lester”in prezidenti Ayavatt Srivaddhanaprabha yarımmüdafiəçi Yuri Tilemansın bu yay komandadan ayrıla biləcəyi ilə bağlı iddialara cavab verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, 25 yaşlı futbolçu ilə bağlı heç bir təklif almadıqlarını deyib:

“Biz hələ Tilemans üçün heç bir təklif almamışıq. Heç bir klubdan konkret təklif yoxdur”.

Belçika millisinin üzvü 2019-cu ilin iyulundan “Lester”də çıxış edir. O, ötən mövsüm “tülkülər”in heyətində bütün yarışlarda 50 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer