28 oktyabr 2024. Bazar ertəsi

Qəbələ'yə qol vurmuş futbolçu İtaliya klubuna keçə bilər


  • Transfer
  • 13:21 26.07.2022
  • Oxunma sayı: 108
Qəbələ'yə qol vurmuş futbolçu İtaliya klubuna keçə bilər

"Qəbələ"nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" klubunun futbolçusu Adrian Rus karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, İtaliyanın B Seriyasında çıxış edən "Piza" klubu rumıniyalı futbolçunun xidmətində maraqlıdır.

26 yaşlı mərkəz müdafiəçi üçün illik 480 min avro maaş təklif olunub. Rumıniyanın "Prosport" nəşrinin məlumatına görə, bu transfer qısa müddətdə baş tutacağı gözlənilir. Adrian hazırda Macarıstanda bundan üç dəfə az – ayına 15 min avro maaş alır. Bu səbəbdən də gənc futbolçunun bu təklifi rədd etməyəcəyi bildirilir. "Piza" bu transfer üçün "Fehervar"a 800 min avro transfer təzminat məbləği ödəyəcək.

Qeyd edək ki, Macarıstanın Sekeşfehervar şəhərində keçirilən ilk matçda Adrian Rus 90 dəqiqə "Qəbələ"yə qarşı oynayıb. O, 67-ci dəqiqədə künc zərbəsindən sonra başla qol vuraraq "Fehervar"ı hesabda 2:1 önə keçirib. Görüş isə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Transfer