28 oktyabr 2024. Bazar ertəsi

Ronaldonun taleyi bu gün aydınlaşa bilər


  • Transfer
  • 15:10 26.07.2022
  • Oxunma sayı: 109
Ronaldonun taleyi bu gün aydınlaşa bilər

 “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bu gün klubun bazasına baş çəkəcək.

Corner.az “Sky Sport”-a istinadən xəbər verir ki, 37 yaşlı furbolçu “Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haqla görüşərək, klubdakı gələcəyini müzakirə edəcək.

Mançester təmsilçisi Ronaldonu göndərməyi düşünmür amma futbolçunun özünün isə getmək istədiyi bildirilir. O, Çempionlar Liqasında çıxış edən komandada oynamaq niyyətindədir.

 “Çelsi” və “Atletiko” portuqaliyalı futbolçu ilə maraqlanır.

Ronaldo 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə qayıdıb. Hücumçu ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.









Transfer