28 oktyabr 2024. Bazar ertəsi

Qəbələ'nin rəqibindən növbəti transfer


  • Transfer
  • 16:18 26.07.2022
  • Oxunma sayı: 88
Qəbələ'nin rəqibindən növbəti transfer

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın "Fehervar" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Sekeşfehervar şəhərini təmsil edən klub bosniyalı Faruk Hodjiçi transger edib.

Bu barədə əvvəl 18 yaşlı dayaq yarımmüdafiəçisi öz İnstaqram səhifəsində yazıb. Lakin "Fehervar" hələ bununla bağlı rəsmi açıqlama verməyib.

Bosniyalı futbolçu son olaraq ölkəsinin "Sarayevo" klubunda çıxış edib.

Qeyd edək ki, "Qəbələ" – "Fehervar" oyunu iyulun 28-də baş tutacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstandakı ilk görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.







Transfer