28 oktyabr 2024. Bazar ertəsi

de Yonq Barselona'nı məhkəməyə verməlidir


  • Transfer
  • 17:31 26.07.2022
  • Oxunma sayı: 118
de Yonq Barselona'nı məhkəməyə verməlidir

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevill “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqa qarşı etdikləri hörmətsizliyə görə kluba qarşı hüquqi addım atmağı məsləhət görüb.

Corner.az xəbər verir ki, 47 yaşlı keçmiş futbolçu bu məsələ ilə bağlı sosial media səhifəsində yazıb

“Frenki de Yonq “Barselona”ya qarşı qanuni addımları atmalı və bütün oyunçular onu dəstəkləməlidir. Klub yeni oyunçulara sərvət xərcləməməli lakin oyunçunun müqaviləsində nəzərdə tutulan pulu verməlidir. Əksi nu, əxlaqsızlıqdır və pozuntudur”.

Bildirilir ki, hazırda müqaviləsinə görə illik 30 milyon avro olan 25 yaşlı futbolçunun illik maaşını 10 milyon avro azaldacağı gözlənilir.

Daha əvvəl Kataloniya təmsilçisinin baş məşqçisi Xavi niderlandlı futbolçudan maaşının azaldılmasını istədiyi iddiaları yayılmışdı.

“Mançester Yunayted” uzun müddətdir ki, Frenki de Yonqla yaxından maraqlanır.







Transfer