- Transfer
- 23:52 20.12.2025
Keçmiş futbolçular – Yaya Ture və Cermeyn Defo “Tottenhem”in akademiyasında məşqçi vəzifəsini yerinə yetirməyə hazırlaşır.
Corner.az “Evening Standard”-a istinadən xəbər verir ki, London klubu akademiyasını yenidən qurmağa başlayır. Sözügedən keçmiş futbolçular üçün müəyyən yaşda ayrıca komanda ayrılacaq.
Defo 2004-2008 və 2009-2014-cü illərdə “Tottenhem”də çıxış edib. 39 yaşlı sabiq ingilis futbolçu 2022-ci ilin martında karyerasını bitirib.
39 yaşlı Ture 2020-ci ildə futbolçu karyerasını sona çatdırıb.