Fransa PSJ-si heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Paris təmsilçisi Almaniya "Leypsiq"inin sağ cinah müdafiəçisi Nordi Mukieleni transfer edib.
Fransalı futbolçu yeni klubunda 5 illik müqaviləyə imza atıb. PSJ 24 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna 10 milyon avro və əlavə bonuslar ödəyəcək.
Bildirək ki, 2018-ci ildə Fransa "Monpelye"sindən 16 milyon avro qarşılığında transfer edilən Mukiele ötən mövsüm 38 oyuna çıxıb, 2 qol və 4 ötürmə ilə yadda qalıb. O, Fransa milli komandasında isə sadəcə 1 oyunda çıxış edib.