31 iyul 2026. Cümə

Luis Suaresin yeni klubu bəlli oldu


  • Transfer
  • 00:05 27.07.2022
  • Oxunma sayı: 141
Luis Suaresin yeni klubu bəlli oldu

İspaniyanın "Atletiko" (Madrid) klubundan ayrılan Luis Suaresin yeni klubu bəlli olub.

 Corner.az məlumatına görə, bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində yazıb.

Uruqvaylı futbolçu ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.

Bildirək ki, 1998 - 2006-cı illərdə də bu komandanın şərəfini qoruyan Luis Suares Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.







Transfer