21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək. Corner.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "Şetsinek"lə anlaşıb.
Xatırladaq ki, Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Şamaxı" və "Sabah"ın formasını geyinib.