21 dekabr 2025. Bazar günü

Atletiko'nun prezidentindən Ronaldo açıqlaması


  • Transfer
  • 10:40 27.07.2022
  • Oxunma sayı: 138
Atletiko'nun prezidentindən Ronaldo açıqlaması

İspaniyanın "Atletiko" (Madrid) klubunun prezidenti Enrike Sereso İngiltərə "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildiirb.

Corner.az-ın məlumatına görə, 74 yaşlı funksioner COPE-yə açıqlamasında bu xəbəri təkzib edib. O, 37 yaşlı hücumçunun Madrid təmsilçisinə keçidinin mümkünsüz olduğunu bildirib: "Bu hekayəni kimin uydurduğunu bilmirəm. Amma bu qətiyyən doğru deyil".

Daha əvvəl portuqaliyalı futbolçunun UEFA Çempionlar Liqasında çıxış etmək üçün "qırmızı şeytanlar"ı La Liqa klubuna dəyişməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.







Transfer