- Transfer
- 21:53 26.11.2024
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə klubuna müqaviləsini ləğv etmək istədiyini bildirib.
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"a UEFA Çempionlar Liqasında mübarizə aparan komandada çıxış etmək niyyətində olduğunu açıqlayıb.
Lakin Mançester təmsilçisinin portuqaliyalı futbolçunu buraxmaq istəmədiyi bildirilib.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.