Almaniya çempionu “Bavariya” futbolçusu Kris Riçardsı “Kristal Pelas”a satıb. Corner.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa klubu 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
“Kristal Pelas”ın amerikalı futbolçuya görə Münhen təmsilçisinə 12 milyon avro təzminat ödəyəcək
“Kristal Pelas” qapıçısı Remi Metyuzu da Şotlandiyanın “Sent Conston” klubuna icarəyə verib. 28 yaşlı qolkiper qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. 2021-ci ilin yayında “Kristal Pelas”a transfer olunan qapıçı, burada əsas heyətə düşə bilməyib.