28 oktyabr 2024. Bazar ertəsi

Kunde rəsmən Barselona'da


  • Transfer
  • 21:21 28.07.2022
  • Oxunma sayı: 127
Kunde rəsmən Barselona'da

"Sevilya”nın müdafiəçisi Jul Kundenin “Barselona”ya keçidi rəsmiləşib.

Corner.az klubun mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı futbolçunu 50 milyon avro və 5 milyon avro bonus qarşılığında transfer edib.  

"Barselona" fransalı futbolçu ilə 5 illik müqavilə imzalayacaq. 

Kunde 2019-cu ildə 25 milyon avro qarşılığında "Bordo"dan transfer edilmişdi. O, ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlərdə 44 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.







Transfer