- Transfer
- 23:39 03.04.2026
"Şamaxı" Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib.
Bölgə təmsilçisindən Corner.az-a verilən məlumata görə, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov texniki qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
İdarə Heyətinin digər qərarı ilə Yusif Hüseynov mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.