28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin məşqçilər korpusuna daha bir təyinat oldu


  • Transfer
  • 15:25 29.07.2022
  • Oxunma sayı: 82
Neftçi'nin məşqçilər korpusuna daha bir təyinat oldu

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Paytaxt təmsilçisindən Corner.az-a verilən məlumata görə, Nikolay Qriqori ilə 2 illik müqavilə imzalanıb.

33 yaşlı rumıniyalı mütəxəssis baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən biri olacaq.

Qeyd edək ki, bundan əvvəl Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunub.







Transfer