Braziliya millisinin keçmiş futbolçusu Vaqner Lavın yeni klubu məlum olub. Corner.az xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
Lav “Resife” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vaqner Lav son olaraq “Danimarkanın “Midtulland” klubunun uğruları üçün çalışıb.
Bir müddət əvvəl Vaqner Lav Azərbaycanın “Sabah” klubu ilə hallanırdı.