28 oktyabr 2024. Bazar ertəsi

Qarabağ'ın rəqibi qapıçısı ilə müqaviləni uzatdı


  • Transfer
  • 17:08 29.07.2022
  • Oxunma sayı: 112
Qarabağ'ın rəqibi qapıçısı ilə müqaviləni uzatdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Ferentsvaroş" klubu qapıçısı Adam Vaqra ilə müqavilənin müddətini uzadıb.

Corner.az xəbər verir ki, Budapeşt təmsilçisi 23 yaşlı qolkiperin yeni sözləşməsinin detallarını açıqlamayıb.

Qeyd edək ki, Adam Vaqra "Ferentsvaroş"un yetirməsidir. "Qarabağ" bu komandaya qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.







Transfer