“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu azarkeş hesablarından birində paylaşımın altına belə şərh yazıb:
“Mənim haqqımda heç olmasa, bir gün danışmamaq mümkün deyil. Çünki əks halda, media qazana bilməyəcək. Bilirsən, yalan danışmasan, insanların diqqətini çəkə bilməzsən. Davam et. Bəlkə, bir gün doğru xəbəri dərc edəcəksən” – deyə, portuqaliyalı futbolçu yazıb.
İyulun 28-də Ronaldo Mançester rəhbərliyinə müqaviləyə xitam vermək istədiyini bildirib.
Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.