28 oktyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubundan iki yeni transfer


  • Transfer
  • 23:28 29.07.2022
  • Oxunma sayı: 109
Premyer Liqa klubundan iki yeni transfer
İngiltərənin “Everton” klubu heyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sol cinah müdafiəçisi Ruben Vinaqre və yarımmüdafiəçi Duayt Maknili transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Ruben Vinaqre Portuqaliyanın “Sportinq” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Lissabon təmsilçisi portuqaliyalı futbolçunu elə bu yay İngiltərənin “Vulverhempton” klubundan 10 milyon avro qarşılığında transfer etmişdi. Futbolçu geridə qalan mövsümdə icarə əsasında oynadığı “Sportinq”də 18 oyuna çıxıb.
 
Duayt Maknil isə “Bernli” klubundan transfer edilib. 22 yaşlı vinger 5 illik müqaviləyə imza atıb. Britaniya mətbuatı “Bernli”nin bu transferdən 20 milyon funt-sterlinq qazandığını yazıb. “Mançester Yunayted”in yetirməsi olan ingilis futbolçu peşəkar karyerasına məhz “Bernli”də başlayıb. O, bu klubun əsas komandasında meydana çıxdığı 147 oyunda 7 qolla yadda qalıb. Gənc futbolçu İngiltərənin U-20 və U-21 yığmalarında da oynayıb.
 
“Everton” gənc oyunçusu Ellis Simmsi də “Sanderlend”ə icarəyə verib. 21 yaşlı hücumçu da qarşıdakı mövsümün sonuna kimi bu komandada oynayacaq. Əvvəlki mövsümlərdə “Blekpul” və “Hart of Midlotian” klublarına da icarəyə verilmiş ingilis futbolçu, “Everton”da cəmi 1 oyuna çıxıb. 


 






Transfer