28 oktyabr 2024. Bazar ertəsi

Aleks Ferqyuson Mançester Yunayted'ə qayıtdı


  • Transfer
  • 11:06 30.07.2022
  • Oxunma sayı: 128
Aleks Ferqyuson Mançester Yunayted'ə qayıtdı

Əfsanəvi baş məşqçi Aleks Ferqyuson “Mançester Yunayted”ə qayıdıb.

Corner.az “Daily Mail”ə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis klubun icraçı direktoru Riçard Arnolda kömək edəcək yeni analitik ekspertlər qrupuna qoşulub. Qrupa həmçinin klubun keçmiş icraçı direktoru Devid Qill, “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson və klubun idman direktoru Con Merto da daxildir.

Ferqyusson, demək olar, on il əvvəl komandanın baş məşqçisi vəzifəsindən getdikdən sonra indi həmişəkindən daha çox təsirə malik olacaq.

Şotlandiyalı mütəxəssis  1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13 qələbə və Çempionlar Liqasında 2 qələbə qazanıb.

İndi klubu Erik ten Haq çalışdırır.







Transfer