28 oktyabr 2024. Bazar ertəsi

Qarabağ'ın rəqibindən ayrıldı, APOEL-lə müqavilə bağladı


  • Transfer
  • 13:04 30.07.2022
  • Oxunma sayı: 85
Qarabağ'ın rəqibindən ayrıldı, APOEL-lə müqavilə bağladı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”un müdafiəçisi Laşa Dvali Macarıstan klubundan ayrılıb. Corner.az xəbər verir ki,  27 yaşlı futbolçu Kiprin APOEL klubuna keçib.
 
Bu barədə Nikosiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
 
Gürcü futbolçu 2019-cu ildən “Ferentsvaroş”da çıxış edirdi. O, Gürcüstan millisində 22 oyun keçirib, 1 qol vurub.
 
“Qarabağ”ın “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşü isə ayın 9-da Budapeştdə baş tutacaq.






Transfer