28 oktyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubundan iki yeni transfer


  • Transfer
  • 18:07 30.07.2022
  • Oxunma sayı: 117
Premyer Liqa klubundan iki yeni transfer
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Volfsburq” klubundan Kevin Mbabunu, Donetsk “Şaxtyor”undan (Ukrayna) isə Manor Solomonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Manor Solomon ilə 1, Kevin Mbabu ilə isə 3+1 illik müqavilə imzalayıb.
 
Manor Solomon 2019-cu ildən “Şaxtyor”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 106 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
 
İsrailli yarımmüdafiəçi daha öncə ölkəsində “Makkabi”də (Petah Tikva) top qovub. 23 yaşlı vinger İsrail yığmasında 31 oyun keçirib, 6 qol vurub.
 






Transfer