28 oktyabr 2024. Bazar ertəsi

Arsenal'ın futbolçusu Fransa klubunda


  • Transfer
  • 20:42 30.07.2022
  • Oxunma sayı: 90
Arsenal'ın futbolçusu Fransa klubunda
Fransanın Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərə “Arsenal”ının sol cinah müdafiəçisi Nuno Tavaresi transfer edib.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə götürülüb.
 
Nuno Tavares Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. Portuqaliyalı futbolçu, 2021-ci ilin iyulundan “Arsenal”da çıxış edirdi. Müdafiəçi geridə qalan mövsümdə London klubunun heyətində 28 oyuna çıxıb, 1 qol vurub.
 
“Olimpik” öz hücumçusu Luis Enrikeni də Braziliyanın “Botafoqo” klubuna icarəyə göndərib. Klub 20 yaşlı braziliyalı hücumçunun 2023-cü ilin 30 iyununa qədər ölkəsində çıxış edəcəyini diqqətə çatdırıb.
 
Luis Enrike “Olimpik”ə 2020-ci ildə məhz “Botafoqo”dan transfer olunub. O, geridə qalan iki mövsüm ərzində Marsel təmsilçisində 49 oyuna çıxıb, 2 qol vurub.






Transfer