- Transfer
- 00:12 30.06.2026
Massimiliano Allegri yaxın vaxtlarda "Juventus"un baş məşqçi postunu tərk edəcək.
Corner.az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssislə klub prezidenti Andrea Anyelli görüş zamanı belə qərara gəliblər.
Allegri ilə PSG-nin maraqlandırdığı bildirilir. Onun əvəzləməyə namizəd kimi Antonio Conte göstərilir.
Qeyd edək ki, Massimiliano Allegri "Juventus"a 2014-cü ildən baş məşqçilik edir.