28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubunda bir yeni transfer, bir ayrılıq


  • Transfer
  • 13:37 31.07.2022
  • Oxunma sayı: 111
Super Liqa klubunda bir yeni transfer, bir ayrılıq
Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi ispaniyalı yarımmüdafiəçi Borxa Saynsı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyanın “Alaves” klubundan transfer edilmiş 21 yaşlı vingerlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Borxa Sayns “Atletik”in yetirməsi olsa da, peşəkar karyerasına məhz “Alaves”də başlayıb. O, 2019-cu ildən cəlb olunduğu əsas komandada 40 oyun keçirib, 2 qol vurub. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Saraqosa”da keçirib.
 
“Girəsunspor”un sol cinah müdafiəçisi Aziz Behiç isə Şotlandiyanın “Dandi Yunayted” klubuna transfer olunub. 31 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalanıb. Avstraliyalı oyunçu yeni komandasında 16 nömrəli formanı geyinəcək.
 
Türk əsilli olan Behiç, Türkiyədə “Girəsunspor”dan başqa “Kayserispor”, “Başakşəhər” və “Bursaspor”da da çıxış edib. O, Super Liqada bütövlükdə 195 matça çıxıb, 6 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi PSV, “Melburn Hart”, “Melburn Viktori” kimi klublarda da forma geyinib.
 
Xatırladaq ki, “Girəsunspor” bu yay Riad Bayiç, Doğan Can Davas, Rahmetullah Berişbek, Vefa Temel, Alper Uludağ, Mert Kurt, Varol Taşar və Murat Cem Akpınarı da transfer etmişdi.






Transfer