Türkiyənin “Beşiktaş” klubundan ayrılan yarımmüdafiəçi Cermeyn Lensin yeni klubu bəlli olun. Corner.az xəbər verir ki, 34 yaşlı vinger bundan sonra karyerasını Fransanın 3-cü liqa təmsilçisi “Versal”da davam etdirəcək.
Bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Niderlandlı futbolçu karyerası ərzində “Alkmaar”, “Neymegen”, PSV, “Dinamo” (Kiyev), “Sanderlend”, “Fənərbaxça” və “Fatih Karagümrük”ün də formasını geyinib. O, 2018-ci ildən çıxış etdiyi “Beşiktaş”da 101 oyuna 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub. Lens Niderland yığmasında 34 oyuna 8 qol vurub.