28 noyabr 2024. Cümə axşamı

Real hücumçusunu 10 milyona satdı


  • Transfer
  • 11:07 02.08.2022
  • Oxunma sayı: 104
Real hücumçusunu 10 milyona satdı
Madrid “Real”ı hücumçusu Borxa Mayoralla yollarını ayırıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu La Liqanın digər təmsilçisi “Xetafe”yə transfer olunub.
 
Bu barədə oyunçunun yeni klubu məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. “Xetafe”  ispan futbolçu üçün paytaxt klubuna 10 milyon avro ödəyəcək.
 
Mayoral “Real”ın öz yetirməsidir. O, 2015-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynamağa başlayıb. Lakin o, bu komandada cəmi 33 oyun keçirib, 7 qol vurub. Hücumçu “Volfsburq”, “Levante” və “Roma” kimi klublarda icarədə oynayıb. Mayoral geridə qalan mövsümün ikinci hissəsini də məhz “Xetafe”də icarədə keçirmişdi. O, burada 18 oyuna 6 qol vurub.






Transfer