28 oktyabr 2024. Bazar ertəsi

Fənərbaxça'dan növbəti transfer


  • Transfer
  • 11:10 02.08.2022
  • Oxunma sayı: 107
Fənərbaxça'dan növbəti transfer

Türkiyə "Fənərbaxça"sı heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasından Ezcan Alioskini icarəyə götürüb.

"Fənərbaxça" 30 yaşlı sol cinah oyunçu ərəblərə icarə haqqı ödəməyib. Şimali Makedoniya millisinin üzvü ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ezcan Alioski karyerası ərzində İsveçrənin "Yanq Boyz", "Luqano" və İngiltərənin "Lids Yunayted" klublarında da çıxış edib.







Transfer